“Qalatasaray”ın 23 çempionluğu komandanın futbolçusu Lukas Torreyra üçün xüsusi önəm daşıyırdı. O, bu titulu anasına həsr etdi.

Futbolinfo.az xəbər verir ki, futbolçunun anası iki il öncə – 53 yaşında koronavirusdan dünyasını dəyişmişdi. Həmin vaxt Lukas ruhdan düşmüşdü, Avropanı tərk etmək, həmişə oynamağı xəyal etdiyi “Boka Xuniors”a dönmək istəyirdi. Sonda o, Türkiyədə oynamağı qərara aldı və anası üçün titul qazanacağını vəd etdi.

Dünən “Qalatasaray” çempion olunca Torreyra göz yaşlarına hakim ola bilmədi. Komanda yoldaşı Dres Mertensin təsəlli verdiyi futbolçu qələbəni mərhum anasına həsr etdiyini açıqladı.

FxZ2O2TXwAEi2LP - Futbolinfo.az
Shares: