Bu həftə keçiriləcək Azərbaycan Kubokunun final oyunu ilə 2022/23 mövsümünə yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, həlledici qarşılaşmada “Neftçi” və “Qəbələ” üz-üzə gələcək.

Peşəkar Futbol Liqası bu cütün ölkə kubokundakı oyunlarının balansını açıqlayıb.

Azərbaycan Kuboku
Final
3 iyun

“Neftçi” – “Qəbələ” – 5 oyun, +1=3-1, top fərqi – 6-7
İndiyədək komandaların yolları üç dəfə kəsişib. 9 il əvvəlki finalda “Neftçi” penaltilərlə qalib gəlib. Yarımfinal duellərində isə komandalar hərəyə bir dəfə mərhələ keçib.

2013/14finalQəbələ – Neftçi (Bakı)1:1, p. 2:3
2015/161/2 finalNeftçi (Bakı) – Qəbələ1:1, 1:1, p. 4:3
2017/181/2 finalQəbələ – Neftçi (Bakı)1:2, 3:1
Shares: