“Vilyarreal” heyətini yeni oyunçu ilə gücləndirir. Dominik Livakoviç tezliklə İspaniyada peyda olacaq.
Futbolinfo.az xəbər verir ki, həmyerlimiz Mahir Emrelinin müqavilə ilə məxsus olduğu Zaqreb “Dinamo”sunun qapıçısı üçün 8 milyon avro təklif edilib. Klubu Xorvatiya millisinin qapıçısını 14 milyon avro dəyərləndirsə də, 28 yaşlı futbolçunu elə bu məbləğə satmağa razılaşıb. Tezliklə rəsmi müqavilə bağlanmalıdır.
40 yaşlı Pepe Reynanın karyerasını bitirməyə hazırlaşması “Vilyarreal”ı bu transferə vadar edib. Heyətdəki digər əlcək sahibi – 21 yaşlı Filip Yorgensen isə kifayət qədər təcrübəli olmadığından, Livakoviçin əsas qapıçı olacağı gözlənilir.