“Milan”  tezliklə Kiprian Teteruşanu ilə vidalaşacaq. Rumın qapıçı klubu azad agent kimi tərk edəcək.

Futbolinfo.az xəbər verir ki, “Milan”da ehtiayt qapıçı olan Teteruşanu A Seriyasına qayıtmaq istəyən “Kalyari”nin hədəfindədir. Kiprian aldığı təklifə görə “rossonyerlər”lə yeni müqavilə bağlamaqdan imtina edib.

2020-ci ildə Lion “Olimpik”indən “Milan”a gələn 37 yaşlı əlcək sahibi Mak Menyanın əvəzedicisi idi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp