“Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams əfsanəsi olduğu “Arsenal”la bağlı danışıb. O, londonluların heyəti gücləndirməsi lazım gəldiyini bildirib.
Futbolinfo.az xəbər verir ki, sabiq müdafiəçi yay transferlərinə 180 milyon avro ayırmış “topçular”ın bu məbləği diqqətli xərcləməsini məsləhət bilib: “Komanda inkişafa davam etmək istəyirsə, müxtəlif mövqelərə dörd təcrübəli, lider oyunçu almalıdır. Onlardan birinin Deklan Rays olacağı gözlənilir. Bu transferin əleyhinə deyiləm, amma 100 milyonu dayaq yarımmüdafiəçisinə yox, qol vuran, məhsuldar ötürmə edən Cek Qriliş kimi birinə xərcləməyə dəyər. Klubun transferlərdə diqqətli olması lazımdır”.