Misli Premyer Liqasının 2022/23 mövsümü başa çatıb.

Futbolinfo.az xəbər verir ki, “Qəbələ” çempionatı 4-cü yerdə yekunlaşdırıb. “Qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev 36 oyunda 23 futbolçuya şans verib.

Felipe Santos hamıdan çox – 35 dəfə meydana çıxıb. İsnik Alimi və Məqsəd İsayev 34 oyunda iştirak edib. Şimali makedoniyalı yarımmüdafiəçi meydanda daha çox dəqiqə keçirib.

“Qəbələ”nin 23 futbolçusundan 2-si qapıçıdır. Səlahət Ağayev 30, Kristof Atanqana 6 görüşdə şans qazanıb.

“Qəbələ”nin hesabında olan 47 qola komandanın 13 oyunçusu imza atıb. İsnik Alimi ardıcıl ikinci mövsüm “qırmızı-qaralar”ın bombardiri olub. O, 9 dəfə fərqlənib. Ramon Maçadonun aktivində 8 qol var.

İsnik 7 penalti zərbəsini dəqiq yerinə yetirib. Komandanın qapısına təyin olunan 9 belə zərbədən 8-i qolla nəticələnib.

“Qəbələ”nin üç qolunu rəqiblər öz qapısına vurub. Petro Stasyuk, Qustavo de Fransa (hər ikisi “Səbail”) vəı Adil Nağıyev (“Şamaxı”) avtoqol müəllifi olub. Komandamızın üzvləri də eyni sayda uğursuzluq yaşayıb. İlkin Qırtımov, Murad Musayev və İsnik Alimi avtoqola üzülüb.

futbolçuoyundəqiqəqolsarıqırmızı
Felipe Santos352718370
İsnik Alimi343033990
Məqsəd İsayev343014270
Ruan Renato3329072101
Rövlan Muradov331930221
Omar Hani331187140
Ülvi İsgəndərov331146600
Ramon Maçado322318820
Feras Abu Akal3125922130
Emil Səfərov311106160
Səlahət Ağayev302700-3830
İlkin Qırtımov302561071
Murad Musayev302290140
Rafael Utziq302054430
Asif Məmmədov301641020
Urfan Abbasov14942031
Əyyub Allaş13757300
Kristof Atanqana6540-900
Andrey Strijak622010
Yaovi Akakpo415000
Hüseyn Mürsəlov115010
Mehrac Baxşalı12000
Rauf Rüstəmli11020
Shares: