İspaniya növbəti mövsüm Çempionlar Liqasında 5 komanda ilə təmsil olunacaq. La Liqada ilk 4 pillənin sahibi olan “Barselona”, “Real”, “Atletiko” və “Real Sosyedad”a “Sevilya” da qoşuldu. Əndəlüslülər Avropa Liqasının qalibi olmaqla bunu bacardı.
Futbolinfo.az xəbər verir, ümumiyyətlə, ispan klubları 2001/02 mövsümündən bəri Çempionlar Liqasında və Avropa Liqasında 26 final matçına çıxıb. Və bütün hallarda kubok İspaniyaya gedib. La Liqa klubları məğlubiyyətləri də yalnız həmvətənlərindən alıblar. Yəni, onlar yalnız finaldakı komandaların yalnız hər ikisi bu ğlkəni təmsil edərkən məğlubiyyət görüblər.
Bu müddətdə “Sevilya” 7, “Real” 6, “Barselona” 4, “Atletiko” 3, “Valensiya” və “Vilyarreal” 1 kubok qazanıb. “Atletiko” 2, “Atletik”lə “Espanyol” 1 dəfə həlledici matçda başqa bir ispan klubuna uduzub. Bu seriya 2002-ci ildə “Real”ın “Bayer” üzərindəki qələbəsi ilə başlayıb.
“Sevilya” 7 dəfə Avropa Liqasını qazanmaqla bu yarışın mütləq rekordçusudur. Əndəlüslülər bu yarışda çıxdığı bütün finallarda qalib gəlib. Ümumi avrokubok titullarında isə “Real” öndədir (16). Madridlilər 14 dəfə ÇL-i, 2 dəfə UEFA kubokunu (indki AL) qazanıb. “Barselona” 12, “Milan” və “Liverpul” 9 , “Bayern” 8 kubokla sonrakı yerləri bölüşür.