Paulo Dibala 2010/11 mövsümündən bəri avrokubokların finallarında qol vuran ilk argentinalı oldu. Dünən “Sevilya” ilə Avropa Liqasının həlledici oyununda (1:1) hesabı açan “Rpma”nın yarımmüdafiəçisinə qədər son qolu Lionel Messi ÇL-də vurmuşdu.

Futbolinfo.az xəbər verir ki, məhz Avropa Liqasının finalında argentinalıların son qolu isə 24 il öncəyə təsadüf edir. O zaman UEFA Kuboku adlanan yarışda “Parma”nın heyətində Ernan Krespo fərqlənmişdi.

Dibalanın qolu Joze Mourinyonun ilk dəfə finalda uduzmasına əngəl olmadı. Dünənədək 2 ÇL, 1 UEFA Kuboku, 1 Konfrans Liqası finalında qalib gələn portuqaliyalının seriyasını “Sevilya” dayandırdı.

Shares: