“Mayami Hits” komandasının ulduzu Cimmi Batler dostu Neymarı “Denver Naggets”lə oyunları seyr etmək üçün Amerikaya dəvət edib.
“Ümid edirəm ki, Ney burada olacaq. Bilirəm ki, xəbərin var və baxırsan. Sənin tribunada olmağın məni ilhamlandıra bilər. Digər idman növlərini daim izləyirəm, Neymar mənim dostumdur. Belə insanlar mənə inkişaf etməkdə yardım edirlər. Neymar onlardan biridir. Aleksandr Zverev, Karlos Alkaras, Serena Vilyams… Dahilik hansı sahədə olmasına baxmayaraq hörmətə layiqdir”, – deyə forvard qeyd edib.
Xatırladaq ki, MBA-da final seriyası bu gecə başlayacaq.