“Roland Garros” turnirində 2-ci mərhələnin oyunları keçirilib. Kişilərin yarışında gözlənilməz nəticə qeydə alınmayıb. Reytinqə görə daha güclü olan idmançılar qələbə qazanıblar.

Futbolinfo.az xəbər verir ki, ispaniyalı Karlos Alkaras Taro Danieli məğlubiyyətə uğradıb. İkinci setdə uduzmasına baxmayaraq, ispan tennisçi digər setlərdə rahat qələbə qazanıb.

Novak Cokoviçin işi daha asan olub. Rəqibinin tanınmış tennisçi olmasına baxmayaraq, serb əziyyət çəkməyib. İkinci setdə o, Marton Fuçoviçi quru hesabla məğlubiyyətə uğradıb. Bu da onun “Böyük dəbilqə” seriyalı turnirlərdə 45-ci belə qələbəsi olub. Bu göstəriciyə görə Novak Rafael Nadalı qabaqlayıb.

Yunanıstanlı Stefanos Tsisipas ispan Karbalyes Baenanı, italiyalılar – Fabio Fonyini avstraliyalı Ceyson Kubleri, Lorenso Soneqo fransız Uqo Umberi, Lorenzo Muzetti isə rusiyalı Aleksandr Şevçenkonu 3 setdə məğlubiyyətə uğradıb. Torpaq kortlarda güclü olan Dieqo Şvartsman da rahat şəkildə növbəti mərhələyə vəsiqə əldə edib. İstedadlı Denis Şapovalov mərhələ adlamaq üçün 4 set oynamaq məcburiyyətində qalıb. Kanadalı tennisçinin növbəti mərhələdə rəqibi Karlos Alkaras olacaq.

Qadınlarda Ostapenkonun məğlubiyyətini qeyd etmək lazımdır. Digər oyunlarda isə favoritlər qələbə qazanıblar.

Shares: