Avropa Liqasının final matçının ən yaxşı oyunçusunu seçib. “Sevilya”nın qapıçısı Yasin Bono həlledici görüşün ən yaxşı futbolçusu adına layiq görülüb. Mərakeşli qolkiper bu münasibətlə “Hankook” mükafatını alıb.

Futbolinfo.az xəbər verir ki, UEFA-nın texniki müşahidəçiləri 32 yaşlı qapıçının 11 metrlik seriyada seyvlərinin həlledici olduğunu qeyd ediblər. O, Canluka Mançini və Rocer İbanyesin zərbələrini dəf edib.

Qeyd edək ki, “Sevilya” finalda “Roma”ya (1:1, penaltilər seriyası 4:1)  qalib gələrək Avropa Liqasının kubokunu qazanıb.

Shares: