“Qəbələ”nin 4 futbolçusunun komandadan ayrılacağı barədə xəbər vermişdik. Belə ki, Ruan Renato, İsnik Alimi, Rafael Utziq və Ülvi İsgəndərov “Zirə”yə keçməyə yaxındır. Paytaxt təmsilçisi 4 futbolçu ilə də danışıqları davam etdirir.

Futbolinfo.az-a açıqlama verən “Qəbələ”nin meneceri Nail Kərimov adıçəkilən oyunçularla bağlı məsələnin açıq qaldığını bildirib. Klub rəsmisi qeyd edib ki, həmin oyunçular komandanı tərk edə də bilər, qala da bilər: “Onlarla danışıq aparırıq. Yalnız İsnik Alimi bizdən xahiş etdi ki, kubokun finalını gözləyək, ondan sonra danışıq apararıq”.

Shares: