“Hazırlığımız çox yaxşı keçir.  Komandada ab-hava yaxşıdır” – bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin forvardı Ülvi İsgəndərov deyib.

Hücumçu Azərbaycan kubokunun finalında “Neftçi”yə qarşı keçirəcəkləri oyundan danışıb: “Hər kəs finala hazırdır. Səbrsizliklə iyunun 3-ü gözləyirik. Şanslar 50-50-yədir. Çünki final zamanı komandalar başqa ab-havada olur. Qalib gəlmək istəyirik. Əlbəttə, final həm komandaya, həm mənə təsir edəcək. Mənim üçün ikinci belə oyundur. “Sumqayıt”la bir dəfə finalda məğlub olmuşam. O zaman “Qəbələ”yə uduzmuşduq. Bu dəfə “Qəbələ” ilə kubok sahibi olmaq istəyirəm. Yetirməsi olduğum komandada titula yiyələnmək arzumdur”.

İsgəndərov finaldan sonra “Qəbələ”dən ayrılmaq ehtimalının böyük olduğunu bildirib: “Zirə”dən təklif var.  Danışıq olub. Amma tam heç nə dəqiq deyil, daha da inkişaf edəcəyim yerə getmək istəyirəm. “Qəbələ”də qalmaq ehtimalım çox azdır”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp