“Çelsi” yeni mövsümdə güvənəcəyi heyəti müəyyənləşdirir. Yeni baş məşqçi Mauritsio Poçettino həddindən artıq çox futbolçunun düşərgədə olmasından məmnun deyil və onlardan bəzilərinin getməsini istəyir.
Futbolinfo.az xəbər verir ki, argentinalı mütəxəssis 10-a yaxın futbolçunun yola salınmasını – ya satılmasını, ya da icarəyə verilməsini istəyib. İlk olaraq Joao Feliksin “Atletiko”ya dönüşünü reallaşdıran çalışdırıcı Denis Zakariyaya da ehtiyac duymayıb. Futbolçu müqavilə ilə məxsus olduğu “Yuventus”a dönüb.
Romelu Lukaku ilə bağlı məsələ isə hələ yekunlaşmayıb. “İnter”də icarədə olan belçikalı forvard İngiltərəyə qayıtmalıdır. Milanlılar onun məsələsini “zadəganlar”la müzakirə etmək üçün Çempionlar Liqasının finalını gözləyir. “Mançester Siti” ilə həlledici qarşılaşmadan sonra Lukakunun Londona dönəcəyi, yenidən icarəyə veriləcəyi, yoxsa birdəfəlik satılacağı aydınlaşacaq.