Yeniyetmələrdən ibarət güləş üzrə milli komandalarımız Göygöldə təlim-məşq toplanışındadır. Yerli Olimpiya İdman Kompleksində təşkil edilən toplaşında U-15 və U-17 milliləri birgə məşq keçir.

Mayın 22-dən başlayan hazırlıq iyunun 3-dək davam edəcək. Fiziki çalışmalarını Bakıda keçən komanda Göygöldə əsasən taktiki-texniki məşqlər üzərində işləyirlər. 50-dən çox yunan-Roma güləşçisinin iştirak etdiyi Göygöl toplanışı Avropa çempionatına hazırlıq xarakterlidir.

Millinin üzvlərindən bəziləri toplanışa ilk dəfədir gəlir. Hazırlığın yaxşı keçdiyini deyən yeniyetmə klassiklər qitə yarışında yüksək nəticələr əldə etməyi hədəfləyiblər.

U-17 millisi iyunun 12-dən 18-dək Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa çempionatında iştirak edəcək. U-15 yığmamız isə iyuldakı qitə yarışında qüvvəsini sınayacaq.

BƏHRUZ MUSAYEV, GÖYGÖL

Shares: