İngiltərənin “Lids” komandası baş məşqçisi Sem Ellardaysla yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

68 yaşlı mütəxəssis qarşılıqlı razılıq əsasında postundan göndərilib.

Xatırladaq ki, Sem Ellardays mayda baş məşqçi təyin olunmuşdu. O, bu komandanı cəmi 4 oyuna çıxarıb və qələbəyə həsrət qalıb.

“Lids” Premyer Liqada başa çatan mövsümü 31 xalla 19-cu sırada bitirib və Çempionşipə düşüb.

Shares: