Finalda üz-üzə gələcək “Neftçi” və “Qəbələ”nin baş məşqçiləri karyeralarında ikinci dəfə ölkə kubokunu qazana bilər.

Futbolinfo.az xəbər verir ki, Laurentsiu Regekampf və Elmar Baxşıyev çalışdırıcı kimi heç vaxt bu titula yiyələnməsə də, futbolçu kimi uğur qazanıblar.

Rumıniyalı vətənində “Styaua”da forma geyindiyi vaxt ölkə kubokunun sahibi olub. O, 1996/97 mövsümündə titul əldə edib.
Baxşıyevin kubok qazanması bundan 11 il sonra qeydə alınıb. O, “Xəzər Lənkəran”da uğura sevinib.

Qeyd edək ki, Regekampf yeganə ölkə kubokundan başqa Superkubok və Liqa kuboku da qazanmağı bacarıb.

Shares: