“Turan Tovuz”da yenidən çıxış edəcəyim tam dəqiq deyil” –  bunu futbolinfo.az saytına açıqlamasında müqavilə ilə “Neftçi”yə məxsus olan, son mövsümü isə icarə əsasında “Turan Tovuz”da keçirən Xəyal Nəcəfov deyib.

O, növbəti mövsümdə hansı komandada oynayacağı ilə bağlı danışıb. Nəcəfov qərblilərin baş məşqçisi Ayxan Abbasovun “Xəyal növbəti mövsümü də mənim rəhbərliyim altında keçirəcək” açıqlaması ilə bağlı isə bunları deyib: “Təki elə olsun, amma hələ dəqiqləşən bir şey yoxdur”.

Qeyd edək ki, Nəcəfovun “Neftçi” ilə bir illik müqaviləsi var. O, növbəti mövsümü “Turan Tovuz”da keçirərsə, gələn yay azad agent olacaq. Bakılılar futbolçu ilə müqavilənin müddətini artırdıqdan sonra onu icarəyə vermək istəyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp