Münhenqladbax “Borussiya”sı baş məşqçi Daniel Farke ilə yollarını ayırıb. Tərəflər qarşılıqlı razılıqla müqaviləyə xitam verib.

Futbolinfo.az xəbər verir ki, klubun rəsmi açıqlamasında Farke ilə birlikdə köməkçilərin də yola salındığı bildirilir. Edmund Reymer, Kristofer Con Kris Domoqalla da Bundesliqa təmsilçisindən ayrılıb.

Ötən yay “Borussiya”ya təyinat alan Farke daha öncə “Krasnodar”da 2 ay və “Norviç”də 4 il işləyib. Onun xələfinin adına tezliklə aydınlıq gələcək.

Shares: