Cessi Linqard yenidən klubsuz qalıb. İngiltərəli hücumçu “Nottingem Forest”lə vidalaşıb. O, azad agent kimi yeni iş yeri axtarır.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı oyunçu ötən yay “Mançester Yunayted”dən də eyni qaydada ayrılmışdı. O, “meşəbəyilər”in heyətində yenidən əvvəlki formasını bərpa etməyi bacarmadığından müqavilənin müddəti artırılmayıb.
“Mançester Yunayted” yetirməsi olan Cessi karyerası boyunca müxtəlif klublarda – “Birmingem”, “Brayton”, “Derbi”, “Lester” və “Vest Hem”də oynasa da, heç yerdə möhkəmlənə bilməyib. Linqardın Çempionşip klublarından birinə yollanacağı gözlənilir.