“Havr” növbəti mövsüm Fransa Liqa 1-də oynamaq hüququ qazanıb. Komanda Liqa 2-də çempion olaraq bunu bacarıb.

“Havr” 35 oyundan 78 xal toplayıb. Komanda son turda “Dijon”a 1:0 hesabı ilə qalib gəlib. “Havr” sonuncu dəfə 2008/09 mövsümündə Liqa 1-də çıxış edib.

Liqa 1-də növbəti vəsiqəyə iddia edən “Bordo”nu isə cəza gözləyir. Buna səbəb “jirobdistlər”in azarkeşinin etdiyi hərəkətdir.

Son turda “Bordo”nun “Rodez”lə ev matçının 22-ci dəqiqəsində qonaq komandanın futbolçusu Luka Buade hesabı açıb. Bundan sonra tribunada olan azarkeşlərdən biri futbolçuya hücum edib və onu zərbə ilə yerə yıxıb. Oyunçuya dərhal tibbi yardım göstərilib, onun kəllə-beyin travması aldığı bildirilir. Hadisəyə görə oyun təxirə salınıb. Sona 2 tur qalmış “Bordo” turnir cədvəlində 3-cü yerdədir və Liqa 1-ə düşmək üçün mübarizə aparır.

3718513 75660188 2560 1440 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp