“Ayntraxt” Mario Götse ilə müqavilənin müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2026-cı ilə qədər uzadılıb.

Qeyd edək ki, Götse cari mövsüm “Ayntraxt” forması ilə 45 matçda çıxıb və 3 qola imza atıb.

O, daha öncə PSV, “Borussiya” (Dortmund) və “Bayern” kimi klublarda da oynayıb.

Shares: