Lionel Messi 2021-ci ilin yayından çıxış etdiyi PSJ-dən ayrılıb. Bu barədə argentinalı futbolçu özü məlumat verib.

Futbolinfo.az xəbər verir ki, dünya çempionu bu gün “Klermon”a qarşı Liqa 1-dəki matçın onun Paris klubunda son oyunu olacağını bildirib: “PSJ-ni təmsil etdiyim üçün xoşbəxtəm. Belə yaxşı futbolçularla eyni komandada oynamaq mənə çox xoş idi. Parisdəki böyük təcrübəyə görə komandaya minnətdaram”.

Qeyd edək ki, Messi PSJ ilə mövcud müqaviləsini uzatmaqdan mtina edib. Onun “Barselona”ya qayıdacağı və ya Səudiyyə Ərəbistanın köçəcəyi gözlənilir.

Shares: