“Real”da heyətin yenilənməsi prosesi başlayıb. Ardıcıl vidalara daha biri əlavə olunub.

Futbolinfo.az xəbər verir ki, Madridlə vidalaşanlar siyahısına daha biri əlavə olunub. Klub az öncə Kərim Benzema ilə çoxdan gözlənilən vidanı rəsmən təsdiqləyib.

“Real”da keçirdiyi 14 il ərzində Əlcəzair əsili fransalı 647 oyuna çıxıb. 353 qol, 165 məhsuldar ötürmə ilə yadda qalan 35 yaşlı forvard 4 dəfə İspaniya çempionu, 3 dəfə Kral Kuboku, eyni sayda İspaniya Superkuboku sahibi olub. 6 dəfə Çempionar Liqasının qalibi olan Benzema, Klublararası Dünya Çempionatını 5, UEFA Superkubokunu 4 dəfə qazanıb. Unikal karyeraya malik olan Benzema “Ballon dOr”u da Madriddə oynayarkən qazanıb.

Onlarla fərdi mükafatın sahibi olan Kərim bundan sonra karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. “Əl-İttihad” ona ildə 100 milyon avro qazanacağı iki illik müqavilə təklif edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp