İtaliya A Seriyasında mövsümə bu gün yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, artıq bütün mükafatçılar bəllidir.

Çempionluğu bir neçə tur əvvəl rəsmiləşdirən “Napoli”nin ardınca “Latsio” gümüş mükafata sahib çıxıb.

Beləliklə, romalılar tarixi nəticəyə imza atıb. Mauritsio Sarrinin komandası 21-ci əsrdə ilk dəfə 2-ci yeri tutmağa nail olub.

“Latsio” sonuncu dəfə 1999/2000 mövsümündə, çempionluğu qeyd etdiyi futbol ilində – 3-cü pillədən yuxarı qalxıb.

A Seriyasının son turunda “Latsio” “Empoli”ni məğlub edərək liqanı 74 xalla başa vurub. ÇL-in finalında oynayacaq “İnter” Roma təmsilçisindən iki xal geri qalıb.

Shares: