Azərbaycan cüdoçusu Tacikistanda keçirilən qran-pri turnirində bürünc medal qazanıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Düşənbə şəhərində keçirilən cüdo üzrə qran-pri turnirində Azərbaycan cüdoçusu Elcan Hacıyev (-90 kq) özbəkistanlı rəqibi Caxonqir Mamatraximova qalib gələrək, bürünc medal qazanıb.

Beləliklə, millimiz yarışı 4 (2 gümüş, 2 bürünc) medalla başa vurub.

Shares: