AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı dəqiqləşmək üzrədir. Öncə tədbirin iyunun 10-15-i aralığında keçirilməsi planlaşdırılırdısa, indi bu tarix bir az da dəqiqləşib.

Futbolinfo.az xəbər verir ki, qurum üzvlərinin iyunun 3-də “Bakcell Arena”da təşkil olunan fövqəladə iclasında 13-16-sı aralığında bir daha toplaşması qərara alınıb, dəqiq gün tezliklə müəyyənləşəcək. Məhz həmin iclasda növbəti mövsümlə bağlı mühüm qərarlar qəbul olunacaq. Yeni mövsümdə Misli Premyer Liqasında komanda sayı, I və yeni yaradılan II Divizionla bağlı qərarlar, əvəzedicilərin çempionatı, həmçinin futzalla bağlı önəmli yeniliklər gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp