İspaniya La Liqasında mövsümə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, 38-ci turun bütün oyunları eyni günə təsadüf edib.

“Valyadolid” – “Xetafe” matçı qolsuz bitib. “Vilyarreal” – “Atletiko”, “Espanyol” – “Almeriya” matçlarında da qalib müəyyənləşməyib. “Betis” – “Valensiya” və “Elçe” – “Kadis” görüşlərində tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Real”ın “Atletik”lə ev oyununda da oxşar hesab qeydə alınıb.

“Malyorka” “Rayo Valyekano”nu, “Osasuna” “Jirona”nı, “Real Sosyedad” isə “Sevilya”nı məğlub yola salıb. “Selta”nın qonağı olan çempion “Barselona” da mövsümü məğlubiyyətlə tamamlayıb.

“Barselona” mövsümü 88 xalla birinci pillədə başa vurub. “Real” 78 xalla ikinci, “Atletiko” 77 xalla üçüncü yeri tutub. Bu üç komanda ilə yanaşı, 71 xal toplamış “Real Sosyedad” da İspaniyanı Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb.

64 xal toplayan “Vilyarreal”, həmçinin 60 xala malik “Betis” Avropa Liqasına vəsiqə əldə edib. 53 xalla 7-ci yeri tutan “Osasuna”nı isə Avropa Konfrans Liqasında iştirak gözləyir.

25 xalla sonuncu olan “Elçe”, eləcə də 37 xalla 19-cu yeri tutan “Espanyol” və 40 xalla 18-ci sırada qərarlaşan “Valyadolid” La Liqanı tərk edib. 

İspaniya La Liqası
38-ci tur

4 may

Malyorka – Rayo Valyekano 3:0
Qol: Muriqi, 50. Kopete, 71. Rodriqes, 90+3.

Osasuna – Jirona 2:1
Qol: Budimir, 52; 55 – Reynier, 75.

Real – Atletik 1:1
Qol: Benzema, 72-pen – Sanset, 49.

Real Sosyedad – Sevilya 2:1
Qol: B.Mendes, 27. Ço, 73 – Lamela, 77.

Vilyarreal – Atletiko 2:2
Qol: Cekson, 9. Paskual, 90+2 – A.Korrea, 18; 56.

Betis – Valensiya 1:1
Qol: A.Peres, 1 – D.Lopes, 71.

Selta – Barselona 2:1
Qol: Veyqa, 42; 65 – Fati, 79.

Elçe – Kadis 1:1
Qol: Boye, 71 – Eskalante, 10.

Espanyol – Almeriya 3:3
Qol: Puado, 13. Pyer-Qabriel, 49. Koleoşo, 73 – Ture, 10. Embarba, 58; 87-pen.

Valyadolid – Xetafe 0:0

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp