“Araz Naxçıvan” futzal klubunun baş məşqçi postundan uzaqlaşdırılan Joze Alesio Da Silva milli komandamızdan da gedəcək. 2009-cu ildən müəyyən fasilələrlə yığma komandaya rəhbərlik edən braziliyalı burada da postunu yerli kadrlara verməli olacaq.
Futbolinfo.az xəbər verir ki, müqaviləsi başa çatan Alesioya yeni anlaşma təklif edilməyib. Böyük ehtimalla buna ehtiyac duyulmayacaq. Milli komandaların nəticələrinin pisləşməsi qərarda önəmli rol oynayacaq. Zatən legionerlərin azlığında komandanın nəticələri ürəkaçan deyilsə, deməli, yüksək ödənişli əcnəbini bu postda saxlamağa dəyməz.
Ümumiyyətlə, futzal federasiyası bu idman növünün inkişaf etdirilməsi üçün fərqli yol tutmağa hazırlaşır. Çempionatda komanda sayının artırılması, rəqabətin gücləndirilməsi, yerli kadrların inkişafı üçün yeni planlar var. Alesiodan imtinanın səbəb də budur.