“Şamaxı” Cavid Hüseynovu komandada saxlamaq istəyir. I Diviziona yuvarlanan klubun rəhbərliyi gənc mütəxəssisə işini davam etdirib yenidən Premyer Liqaya yüksəlməkdə kömək göstərməsini xahiş edib.
Futbolinfo.az xəbər verir ki, bölgə klubunun baş məşqçisi Vüqar Əsgərlidir. Lakin yalnız sənəd üzərində belədir. Komandada əsas söz sahibi olan Hüseynov PRO kateqoriyası olmadığından bu rolla barışıb.
Klub rəhbərliyi AFFA İcraiyyə Komitəsinin yekun qərarını gözləyir. “Şamaxı” rəsmiləri hələ də komandanın Premyer Liqada saxlanılacağına ümid edir. Kiçik ehtimal reallaşmasa belə, bölgə təmsilçisi komandanı yaşatmaqda israrlıdır və yola Hüseynovla davam etmək niyyətindədir. Məşqçi isə klubdan ayrılmağa qərar verib və yeni təklif gözləyir.