“Qəbələ”nin təcrübəli futbolçusu Asif Məmmədov karyerasını davam etdirəcək. Bu barədə futbolinfo.az-a yarımmüdafiəçinin özü məlumat verib.
O bildirib ki, hazırda zədəsini sağaltmaqla məşğuldur: “Yəqin ki, 3 ay sonra məşqlərə başlayacam. Karyeramı davam etdirmək qərarı almışam”.
Qeyd edək ki, Asif Məmmədov Misli Premyer Liqasının 34-cü turunda “Turan Tovuz”a qarşı oyunda ağır zədə alıb mövsümü başa vurmuşdu. Türkiyədə əməliyyat olunan oyunçunun karyerası risk altında idi. Amma o, futbolçu həyatını davam etdirməyə özündə güc tapıb.