“Qəbələ” müdafiəçi Məqsəd İsayevlə yollarını ayırdığını rəsmən açıqladı. Klubun məlumatında 2021-ci ilin yayından “qırmızı-qara” forma geyinən 29 yaşlı futbolçunun müqavilə müddəti başa çatdığı bildirilib.

Futbolinfo.az xəbər verir ki, o, iki mövsüm ərzində 73 matçda 4 qol vurub. İsayev Premyer Liqada 61 (3 qol), kubokda 10 (1 qol), Konfrans Liqasında 2 matçda iştirak edib. Müdafiəçi “Qəbələ”nin heyətində Azərbaycan kubokunun qalibi adını qazanıb.

“Qəbələ” İsayevə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.

Xatırladaq ki, bu gün Məqsədin “Zirə” ilə iki illik müqavilə bağladığını xəbər vermişdik. Yəqin ki, tezliklə qəsəbə təmsilçisi də onu transfer etdiyini açıqlayacaq.

Shares: