“Səbail” ilk transferini reallaşdırmağa hazırlaşır. “Dənizçilər” “Sumqayıt”la vidalaşdığını açıqlayan Süleyman Əhmədovu heyətinə qatacaq.
Futbolinfo.az xəbər verir ki, “kimyaçılar”la bitən müqaviləsinin müddətini uzatmaqdan imtina edən cinah müdafiəçisi yeni klubu ilə birilik müqavilənin şərtlərini razılaşdırb. Transferin tezliklə açıqlanması gözlənilir.
Futbola Bakı “İnter”ində başlayan, “Sumqayıt”ın və “Qarabağ”ın U-19 komandalarında oynayan Süleyman, 5 ildir “kimyaçılar”ın əsas heyətində çıxış edirdi. 23 yaşlı oyunçu son mövsümdə az şans almasından, baş məşqçi Samir Abasovun ona az güvənməsindən narazı qaldığından klubunu dəyişməyə qərar verib.