“Zirə” ilə müaviləsi başa çatan serbiyalı müdafiəçi Nemanya Andelkoviç karyerasını Bakı klubunda davam etdirə bilər. Futbolinfo.az-a bu barədə futbolçunun özü məlumat verib.

Futbolçu bildirib ki, “Zirə”dən onunla yola davam etmək istədiklərini deyiblər: “Zirə”nin meneceri Elman Himayətoğlu ilə danışdıq. O bildirdi ki, baş məşqçi Rəşad Sadıqov səni klubda görmək istəyir. Amma detallar barədə danışmadıq. Yəni ki, məsələ tam dəqiqləşməyib”.

Qeyd edək ki, Nemanya 2021-ci ildən “Zirə”nin şərəfini qoruyur. Bu mövsüm qış fasiləsində klubla yaşadığı problemə görə heyətdən göndərilsə də, yenidən geri dönmüşdü.

Shares: