Naço Fernandes “Real”dan ayrılmayacaq. İngiltərə klublarının maraq göstərdiyi, İtaliyada “İnter”in üçillik müqavilə təklif etdiyi mərkəz müdafiəçisi qərarını dəyişib.

Futbolinfo.az xəbər verir ki, əsas heyətin daimi üzvü olmayan futbolçu Madridi tərk etmək istəyirdi. 33 yaşlı müdafiəçi klubdan azad agent kimi ayrılan Eden Hazard, Kərim Benzema, Marko Asensio və Mariano Diasa qoşulmaq üzrə idi. Lakin son anda rəhbərlik Naçonu saxlamağa nail olub.

“Real”da yetişən və daim bu klubun formasını geyən Naço tezliklə yeni müqavilə bağlayacaq. Onun maaşının artırılacağı gözlənilir.

Shares: