Rusiyanın “Ximki” klubunun azərbaycanlı futbolçusu Ayaz Quliyevin karyerasını harada davam etdirəcəyi qeyri-müəyyən olaraq qalır. Komandası Premyer Liqanı tərk etdiyindən, 27 yaşlı pleymeyker qərar verməkdə tərəddüd edir.

Futbolinfo.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, “Ximki” rəhbərliyi Quliyev də daxil olmaqla, müqaviləsi bitən 6 oyunçuya yeni sözləşmə təklif edib. Futbolçu digər təklifləri də dəyərləndirdikdən sonra yekun qərarını verəcək. Onunla hətta Azərbaycan klublarının da maraqlandığı yayılan xəbərlər sırasındadır.

Qeyd edək ki, “Ximki” 2022-23 mövsümündə Premyer Liqada 16 komanda arasında 15-ci yeri tutub.

Shares: