“Qarabağ”dan ayrılan Filip Ozobiçin “Neftçi”yə keçidi gündəmdədir. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Bakı klubu ilə son danışıqları aparır.

Xorvat oyunçu saytımıza açıqlamasında “Neftç ilə danışıqları təkzib etməyib. O, sadəcə bildirib ki, hazırkı durumda heç nə rəsmiləşməyib: “Hələ ki, heç nə rəsmiləşməyib. Müqaviləyə imza atmamışam”.

Qeyd edək ki, “Neftçi”nin Ozobiçi transfer etməsində əsas rolu onun yerli oyunçu statusu daşıması oynayıb. Tərəflər hazırda maliyyə məsələlərini razılaşdırmağa çalışır.

Shares: