Futzal üzrə milli komandamıza yeni baş məşqçi təyin olunacaq. AFFA İcraiyyə Komitəsinin iyunun 16-a planlaşdırılan iclasında bu məsələ də həllini tapacaq.

Futbolinfo.az xəbər verir ki, “Araz Naxçıvan”ın baş məşqçi postundan uzaqlaşdırılan Joze Alesio Da Silva milli komandamızdan da gedəcək. 2009-cu ildən müəyyən fasilələrlə yığma komandaya rəhbərlik edən braziliyalı postunu yerli kadrlara verməli olacaq. Müqaviləsi başa çatan Alesioya yeni anlaşma təklif edilməyib.

Əldə etdiyimiz məlumata görə, milli komanda da Vitali Borisova tapşırılacaq. Dünən “Araz Naxçıvan”ın baş məşqçisi təyin olunan bu şəxs – braziliyalı kimi – paralel olaraq millini də çalışdıracaq.

Shares: