“Səbail” yay fasiləsində ikinci yerli transferini reallaşdırıb.
Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi Süleyman Əhmədov karyerasını paytaxt təmsilçisində davam etdirəcək.
“Sumqayıt”dan yeni ayrılan 24 yaşlı oyunçu yeni komandası ilə 1 illik müqaviləyə qol çəkib.
Xatırladaq ki, “Səbail”in ilk transferi “Kəpəz”in müdafiəçisi Yusif Nəbiyev olub.