İdman direktoru Paolo Maldini və yardımçısı Riki Massaranın istefaya göndərilməsi “Milan”ın transfer siyasətinə təsir etməyəcək. “Rossonyerlər” komandanın gücləndirilməsi üçün fəaliyyətini davam etdirir.

Futbolinfo.az xəbər verir ki, İtaliya klubu əsas transfer hədəflərini seçib. “Milan” heyətdən göndərmək istədiyi futbolçularla bağlı problemi həll edən kimi yeni oyunçuların alışına diqqət ayıracaq. Hazırda bir neçə futbolçu ilə vidalaşmaq gündəmdədir. Siyahının başında Ante Rebiç və Junior Messias gəlir.

A Seriyası təmsilçisinin hədəfə aldığı oyunçular da bəllidir. Daiti Kamadanın “Ayntraxt”ı azad agent kimi tərk edib “Milan”a gəlməsi həll olunmuş məsələ sayılır. “Arsenal”dan Ris Nelson, “Nitsa”dan Xerxen Türam üçün də çalışmalar davam edir. Maldininin transfer siyahısında olan bəzi futbolçuların keçidi isə arxa plana atılıb. “Çelsi”dən Ruben Loftus-Çik güman ki, İtaliyada görünməyəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp