“Kəpəz”in hücumçusu Salif Sisse və qapıçısı Mario Mustapiç ilə müqaviləsinin müddəti başa çatıb.

Futbolinfo.az xəbər verir ki, bu üzdən də onlar “Kəpəz”dən ayrılıblar.

Son mövsümdə 13 oyunda forma geyinən Salif Sisse 1 qol vurub. Mario Mustapiç isə çempionatda 9 oyuna çıxıb və 12 top buraxıb.

Klub xidmətlərinə görə hər iki futbolçuya təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

P.S.: Sissenin vidası sürpriz olmadı. Belə yekunu hələ yanvarda – transfer reallaşarkən proqnozlaşdırmışdıq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp