“Tottenhem”in yeni baş məşqçisi rəsmən açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, bu posta Angelos Postekoqlu təyin olunub.

Avstraliyadan olan 57 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb.

Şotlandiya “Seltik”ini çalışdıran yunan əsilli məşqçinin Londona gətirilməsi üçün sözügedən kluba təzminat da ödənilib.

Postekoqlu daha öncə Avstraliya yığmasına, “Yokohama”, “Melburn Viktori” kimi klublara da rəhbərlik edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp