“Sevilya” Yassin Bunu ilə vidalaşa bilər. Üç klub əndəlüslülərin qapıçısına elçi düşüb.

Futbolinfo.az xəbər verir ki, “İnter”, “Tottenhem” və “Aston Villa” Mərakeş yığmasının qapıçısını transfer etmək üçün hərəkətə keçib. Xüsusilə italiyalılar bu keçiddə daha israrlıdır. La Liqa klubu oyunçunu satmağın əleyhinə deyil, lakin ən sərfəli təklifə “hə” deyəcək. “Sevilya” 20 milyon avrodan az olan təklifləri hətta müzakirə etmək istəmir.

2019-cu ildə “Jirona”dan icarəyə götürülən Bunu növbəti mövsüm birbaşa transfer edilmişdi. “Sevilya” onun üçün 4 milyon avrodan keçmişdi. Qapıçının özünü doğrultması, üstəlik, milli komandadakı çıxışı müştərilərinin diqqətini çəkib. Onun İspanya klubu ilə müqaviləsi 2025-ci ilin yayında bitəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp