“Kəpəz” tezliklə daha bir futbolçu ilə yollarını ayırdığını açıqlayacaq. Belə ki, Orxan Sadıqlı Gəncə klubu ilə vidalaşıb. Mario Mustapiçlə müqavilə müddətinin uzadılmadığını nəzərə alsaq, qərblilər faktiki qapıçısız qalıb.

Futbolinfo.az xəbər verir ki, Orxan 2018-ci ildə 6 ay forma geydiyi “Sumqayıt”la amlaşıb. Aydın Bayramovun ayrılmasından sonra Mehdi Cənnətovu heyətinə qatan “kimyaçılar”, daha bir qapıçını transfer etməklə İlnur Vəliyevə də güvənmədiyini göstərib.

30 yaşlı Sadıqlı bir illik müqaviləyə imza atacaq. Keçidin tezliklə açıqlanması gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp