“Kəpəz” əsas heyətin əksər üzvlərini itirir. Gəncəlilər artıq 4 futbolçu ilə yollarını rəsmən ayırıb, Mate Kvirkviya Özbəkistana yollandığını saytımıza müsahibəsində bildirib, Orxan Sadıqlının gedişi də tezliklə açıqlanacaq. Onun “Sumqayıt”la anlaşdığını xəbər vermişdik.

Futbolinfo.az xəbər verir ki, Qərb klubunu tərk etməyə digər namizədlər Abdullahi Şuaybu və Ahmed Ayzayadır. Hələ bir illik müqaviləsi qalan Şuaybunu “Qəbələ”, “Sabah” və “Səbail” istəyir. 100 min dollar qiymət qoyulan nigeriyalını bu klublardan biri transfer edəcək.

Ayzaya isə “Qəbələ” və “Zirə”nin diqqət mərkəzindədir. İsnik Alimi ilə yeni müqavilə bağlaya bilməyən “Qəbələ” onun gedişini məhz bu oyunçu ilə sığortalamaq istəyir. Nigeriyalı yarımmüdafiəçi azad agent olduğundan bölgə təmsilçisi avrokubok öncəsi məhz onu heyətə qatmaqda daha çox maraqlıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp