Joze Mourinyo da Səudiyyə Ərəbistanına gedə bilər. Portuqaliyalı mütəxəssis Asiya klubundan vazkeçilməz təklif alıb.

Futbolinfo.az xəbər verir ki, ərəblər güclü futbol liqası yaratmaq istəyirlər. Gövlət bütün klublara böyük vəsait ayırıb, milyardlarla avroyla ölçülən xüsusi fond yaradıb. Niyyət dünya ulduzlarını ora toplayaraq maraqlı yarış təşkil etmək, 2030-cu ildə namizəd olduqları Dünya Çempionatına kimitəbliğat aparmaqdır.

Kriştuanu Ronaldonun ardınca Kərim Benzemanı transfer edən Asiya klubları bu yay daha bir neçə ulduzu heyətinə qatmaq istəyir, ciddi danışıqlar gedir. Məşqçilərin yaddan çıxması mümkünsüz idi və Mourinyo artıq 3-cü dəfə real təklif alıb. Ad açıqlanmasa da, onun iddialı klublardan birinə gtməsi mümkündür.

Portuqaliyalı mütəxəssis isə hələ son qərarını verməyib. Mourinyo hələlik Avropada çalışmağı üstün tutur. O, daha bir il müqaviləsinin qaldığı “Roma”da rəhbərliyin transferlərə əlavə büdcə ayıracağına ümidlidir. Belə olarsa, Joze İtaliyanı tərk etməyəcək.

Shares: