Futbol üzrə Latviya millisinin sabiq üzvü Gints Freymanis xərçəng xəstəliyindən dünyasını dəyişib.
Futbolinfo.az xəbər verir ki, bu bardə Latviya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, keçmiş müdafiəçi 40 yaşında vəfat edib.
2021-ci ildə Freymanisə melanoma diaqnozu qoyulmuşdu.
Ölkəsində bir neçə komandanın formasını geyinmiş oyunçu 2014-2018-ci illərdə yığmada çıxış edib və bir qola imza atıb.