Son mövsümü “Sabah”da keçirən qapıçı Nicat Mehbalıyev yenidən “Qəbələ”yə qayıda bilər. Bu barədə xəbər verən futbolinfo.az-a danışan “qırmızı-qaralar”ın meneceri Nail Kərimov onunla danışıqlar apardığını təsdiqləyib.

Kərimov bildirib ki, hazırkı vəziyyətdə məsələ danışıq səviyyəsindədir: “Yəni danışıq aparmışıq, amma məsələ belə də qalıb. Heç bir şey tam dəqiqləşməyib”.

Əldə etdiyimiz məlumata görə, Mehbalıyevə başqa təkliflər də var. “Çərçivə” qoruyucusu “Sabah”dan ayrılacaq. Onun “Qəbələ”də oynamaq ehtimalı daha böyükdür.

Qeyd edək ki, Nicat Mehbalıyev 2021-2022-ci illərdə “Qəbələ”də çıxış edib.

Shares: