“Neftçi”də tezliklə ciddi qərarlar qəbul ediləcək. İyunun 15-dək klubun Müşahidə Şurası vacib addımlar atmaq üçün bir araya gələcək.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi ilk öncə baş məşqçi məsələsini dəqiqləşdirmək istəyir. Laurentsiu Regekampfa vida edildikdən sonra yeni baş məşqçinin müəyyənləşdirilməsi məsələsi aktuallaşacaq. Daha sonra heyətin gücləndirilməsi istiqamətində işlər başlayacaq.

Hazırda rumın çalışdırıcını kiçik məbləğli təzminatla yola salınması üçün onunla danışıqlar aparılır. Bir illik müqaviləsi qalan mütəxəssis güzəştə getmək istəmir, lakin onun nəzərinə yola davam etmələrinin mümkünsüzlüyü çatdırılıb.

Məşqçi məsələsi dəqiqləşdikdən sonra müqaviləsi başa çatan Voislav Stankoviç, Vato Arveladze və Sezar Meza Kolli yola salınacaq. Aqil Məmmədov da klubda qalmayacaq. Bir illik anlaşması qalan Rəhman Hacıyevə də özünə klub axtarmaq tapşırılıb.

Shares: