Tarixində ilk dəfə ölkə kubokunu qazanaraq avrokuboklara vəsiqə əldə edən “Tuluza” heyətini gücləndirmək istəyir. Fransa klubu bir neçə futbolçu ilə danışıq aparır.

Futbolinfo.az xəbər verir ki, tuluzalıların əsas hədəfi İbrahim Sissokodur. Niderlandda “Neymegen”in formasını geyən cinah oyunçusu artıq müqavilə üçün razılaşıb. Bir sıra İtaliya və İngiltərə klublarının da maraq göstərdiyi 20 yaşlı oyunçu Fransada oynamağa qərar verib.

“Neymegen” gələn mövsüm müqaviləsi başa çatacaq yetirməsini bu yay satmağı lazım bilib.

Shares: